Azərbaycan millisinin oyunçusu yenidən test verdi və…

19 Yanvar 2022 20:20 Futzal 487
Azərbaycan millisinin oyunçusu yenidən test verdi və…

Yanvarın 16-da Belçikada COVİD-19-la bağlı test verən və nəticəsi şübhəli hesab edilən futzal üzrə Azərbaycan millisinin üzvü Rafael Vilela dünən yenidən test verib və nəticə neqativ çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, hazırda Belçikada olan futzalçı tezliklə komandaya qoşulacaq. Testin nəticəsi pozitiv çıxan Eduardo Borges isə bu gün təkrar test verəcək.

Xəbər Lenti