Azərbaycanın AÇ rəqibləri - Gürcüstan, İspaniya və Bosniya

18 Oktyabr 2021 23:40 Futzal 672
Azərbaycanın AÇ rəqibləri - Gürcüstan, İspaniya və Bosniya

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

19 yanvar - 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.

İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklə

A qrupu: Niderland, Serbiya / Belarus, Ukrayna, Portuqaliya

B qrupu: Qazaxıstan, İtaliya, Sloveniya, Finlandiya

C qrupu: Rusiya, Polşa, Slovakiya, Xorvatiya

D qrupu: Gürcüstan, İspaniya, Azərbaycan, Bosniya və Herseqovina

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!