Azərbaycanda klublara bu güzəşt edildi - Oktyabrın 10-dək...

2 Sentyabr 2021 23:20 Futzal 666
Azərbaycanda klublara bu güzəşt edildi - Oktyabrın 10-dək...

Futzal üzrə Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün “transfer pəncərəsi”nin müddəti uzadılıb.

Sportinfo.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən məlumatına görə, iyulun 5-də açılan dövr oktyabrın 10-dək davam edəcək.

Azərbaycan çempionatının iştirakçıları oyunçuların transferini və qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, daha 18 gün müddətində həyata keçirə bilərlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.

Xəbər Lenti