Azərbaycan çempionatında iştirak edəcək komandaların sayı - Dəqiqləşdiriləcək

14 İyun 2021 23:20 Futzal 1 076
Azərbaycan çempionatında iştirak edəcək komandaların sayı - Dəqiqləşdiriləcək

Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Sportinfo.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, iclasda yeni mövsümün start tarixi müzakirə olunub.

Həmçinin əsasnamənin hazırlanması, iştirakçı komandaların sayının dəqiqləşdirilməsi istiqamətində görüləcək işlər barədə də fikir mübadiləsi aparılıb.

Qərara alınıb ki, Yüksək Liqada 2021/22 mövsümünə sentyabrın 9-da start verilsin.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarına daxil ola biləcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?