Azərbaycan çempionu 6-cı transferi Fransa klubundan etdi

14 Avqust 2023 09:20 Futzal 1 166
Azərbaycan çempionu 6-cı transferi Fransa klubundan etdi

“Araz-Naxçıvan” futzal klubu 6-cı əcnəbi transferini həyata keçirib.

Klubun mətbuat xidmətindən Sportinfo.az-a verilən məlumata görə, Lazar Milosavlyeviç Azərbaycan çempionu ilə anlaşıb.

Serbiya millisinin üzvü UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan”ın formasını geyinəcək. 25 yaşlı futzalçının son klubu “Muvo Lill Metropol” (Fransa) olub.

“Araz-Naxçıvan” yay fasiləsi zamanı əcnəbilərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç, özbəkistanlı Husniddin Nişonov, Dilşod Rahmatov və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti