COP29

"Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram"

18 Sentyabr 13:20 Futzal 1 002
"Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram"

"AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik".

Sportinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu hazırda Çexiyanın Zlin şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın futzal millisinin üzvü Oktay Rüstəmli deyib.

O, Çexiya ilə keçirəcəkləri yoldaşlıq matçlarından öncə hazırlığı dəyərləndirib:

“Milli sentyabrın 10-dan təlim-məşq toplanışına başlayıb. Əvvəlcə Bakıda hazırlaşdıq.

İlk iki gündə əsasən fiziki hazırlığa üstünlük verildi, daha sonra taktiki planda təmrinləri yerinə yetirdik. Dünən isə Zlin şəhərinə gəldik.

Bu hazırlıq Çexiya ilə keçirəcəyimiz yoldaşlıq oyunları üçündür.

Əlbəttə, yoldaşlıq matçları olsa da, meydana millinin formasında çıxacağıq və belədə məqsədimiz görüşün statusundan asılı olmayaraq, qələbə qazanmaqdır.

Hələ ki, futzal mövsümünün əvvəli olduğuna görə hər kəs formasının pik səviyyəsində deyil. Müəyyən axsamalar var, amma bunlar tədricən aradan qaldırılacaq".

Futzalçı AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanmaq niyyətində olduqlarını bildirib və rəqiblər barədə danışıb:

"Komandada ab-hava yaxşıdır. Hər birimiz özümüzə və komandamıza inanırıq.

Meydanda da bu inamın verdiyi ruh yüksəkliyi ilə mübarizə aparacağıq. Sentyabrın 19-da və 20-də Çexiya ilə keçirəcəyimiz matçların mahiyyətini başa düşürük.

Əsas tapşırıq baş məşqçinin tapşırıqlarını mümkün qədər səhvsiz yerinə yetirmək olacaq. Çünki bizi dekabrdan başlayaraq AVRO-2026-nın seçmə mərhələ oyunları gözləyir.

Seçmə mərhələdə rəqiblərimiz heç də zəif komandalar deyillər. Xorvatiya millisi favorit hesab olunur. A

ncaq futzal elə idman növüdür ki, nəticəni əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Qrupdan üzüağ, alnıaçıq çıxacağımıza inanıram”.

Azərbaycan millisi sentyabrın 19-da və 20-də Çexiya yığması ilə yoldaşlıq matçı keçirəcək. Komanda AVRO-2026-nın seçmə mərhələsində Xorvatiya, Yunanıstan və İsveçlə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
12 Oktyabr 08:50 Santuşa Fernandesi verin...