Azərbaycanın Qazaxıstanla keçirəcəyi oyunun yeri açıqlandı

9 Sentyabr 2023 15:20 Futzal 5 759
Azərbaycanın Qazaxıstanla keçirəcəyi oyunun yeri açıqlandı

Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb.

Sportinfo.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.

Bu arena 2019-cu ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq