Azərbaycanda əsas və birinci liqanın püşkü nə vaxt atılacaq?

14 Sentyabr 2023 07:30 Futzal 1 233
Azərbaycanda əsas və birinci liqanın püşkü nə vaxt atılacaq?

Sentyabrın 18-də futzal üzrə Yüksək və Birinci liqalarda 2023-2024-cü illər mövsümünün püşkü atılacaq.

Sportinfo.az xəbər verir ki, tədbir Bakı İdman Sarayında keçiriləcək və saat 11:00-da başlanacaq.

Yüksək Liqada 6 - “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, U-19, “Record club” və “Yasamal-Baku”, Birinci Liqada isə 12 - “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa”, “Bakı” MFK komandaları iştirak edəcək.

Xəbər Lenti