“Araz-Naxçıvan” Almaniya çempionu ilə üz-üzə gələcək - Çempionlar Liqasında bu gün

24 Avqust 2023 10:00 Futzal 1 487
“Araz-Naxçıvan” Almaniya çempionu ilə üz-üzə gələcək - Çempionlar Liqasında bu gün

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ikinci matçını keçirəcək.

Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Almaniya çempionu “Yan Reqensburq”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qrupun digər matçında Türkiyə klubu “İstanbul Şişli” ilə Latviya “Riqa”sı (20:00) üz-üzə gələcəklər.

“Araz-Naxçıvan” qrupdakı ilk matçında “İstanbul Şişli” üzərində 9:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu son görüşündə avqustun 26-da yerli “Riqa” ilə münasibətlərinə aydınlıq gətirəcək.

24 avqust
15:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Yan Reqensburq” (Almaniya)

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pitsola (İtaliya), Arttu Kinaerenen (Finlandiya)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils. Salaspils İdman Arenası.

Xəbər Lenti