Millimiz Rumıniyaya uduzdu

15 Sentyabr 2023 22:20 Futzal 694
Millimiz Rumıniyaya uduzdu

Futzal üzrə DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi ilk oyununa çıxıb.

Sporinfol.az xəbər verir ki, komandamız səfərdə Rumıniya yığmasının qonağı olub.

Gərgin keçən oyunda hesab 16-cı dəqiqədə açılıb. Rəqib standart vəziyyətdən qol vurub.

İkinci hissəyə futzalçılarımız daha yaxşı başlayıb. Rəqibi tədricən təzyiq altında saxlayan komandamız 27-ci dəqiqədə hesaba tarazlıq gətirdi. Felipinyo adını tabloya yazdırdı.

30-cu dəqiqəfə rəqib qapıçı Vilelanın effektli zərbəsini kornerə çıxarmaqla hesabın dəyişməsinə imkan vermədi. Əvəzində meydan sahibləri bir dəqiqə ərzində iki qol vurdu.

Beləliklə millimiz elit-raunda məğlubiyyətlə başladı. Komandamız növbəti oyununu sentyabrın 20-də Bakı İdman Sarayında Niderlanda qarşı keçirəcək.

Rumıniya – Azərbaycan (1:0) 3:1

15 sentyabr. Buzau şəhəri. Romeo İamadi Arena. Saat 19:30

Hakimlər: Admir Zahoviç, Aleş Mocnik Peric, Dejan Veselic

(Hakimlər briqadası Sloveniyadandır)

Timekeeper: Laurentiu Deaconu (Rumıniya)

Hakim-inspektor: Angelo Qalante (İtaliya)

UEFA nümayəndəsi: Zoran Dimiç (Serbiya)

Qollar: Andre Luis Sasse, 15:26, 32:37, 33:13 // Felipinyo, 26:56

Sarı vərəqələr: İsa Atayev, 18:29, Felipinyo, 32:21

Rumıniya: 12. Petrișor Tonița (q), 8. Andre Luis Sasse, 10. Felipe Oliveira (k), 14. Paulo Ferreira, 20. Andrei Craciun, 1. Teodor Lunqu (q), 3. Riçard İszlai, 5. Vladuț Dudau, 6. Valentin İlaş, 7. Daniel Araujo, 9. İstvan Hadnagy, 13. Matei Boșneaga, 15. Darius Nastai, 18. Szabolcs Manya

Baş məşqçi: Endre Kaçso

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 1. Emin Kürdov (q, k), 4. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Everton Kardoso, 16. Xəzər Ağalızadə, 17. İsa Atayev, 20. Amir Şocaei

Baş məşqçi: Vitali Borisov

Xəbər Lenti