Azərbaycan Avropa çempionatının finalına yüksəldi

28 İyul 2024 02:00 Basketbol 1 424
Azərbaycan Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində keçirilən qitə birinciliyində yarımfinalda Kipr yığması ilə qarşılaşan komanda 66-49 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıblar.

Millimizin 28 iyulda keçriiləcək final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır