“Biz onunla heç vaxt əlaqə saxlamamışıq” – Klub prezidenti

22 İyun 2022 18:40 Fransa 841
“Biz onunla heç vaxt əlaqə saxlamamışıq” – Klub prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqlar apardıqları barədə iddialara münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəhbərinin sözlərinə görə, Paris təmsilçisi 49 yaşlı fransalı ilə danışıqlar aparmayıb:

“Biz Zidanla ümumiyyətlə danışıqlar aparmamışıq. Nə birbaşa, nə də üçüncü şəxslər vasitəsilə əlaqə olmayıb.

Bir çox klublar, o cümlədən milli komandalar onunla maraqlanır. Amma biz onunla heç vaxt əlaqə saxlamamışıq”.

Daha əvvəl Zidanın PSJ-yə rəhbərlik edə biləcəyi bildirilirdi. Lakin sonda Paris klubu “Nitsa”dan Kristof Qaltyeni baş məşqçi postuna təyin etmək qərarına gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM