Paytaxt klubunda yeni baş məşqçi Zidan olacaq – Futbolçular əmindir

23 Noyabr 2021 22:00 Fransa 1 336
Paytaxt klubunda yeni baş məşqçi Zidan olacaq – Futbolçular əmindir

Deyəsən, yaxın vaxtlarda PSJ-də baş məşqçi dəyişikliyi olacaq.

Sportinfo.az xəbər verir ki, artıq PSJ-nin futbolçuları arasında bu haqda söz-söhbət dolaşır.

Onlar klubun yeni baş məşqçisinin Zinəddin Zidan olacağına əmindirlər. Öz aralarında söhbət zamanı bu dəyişikliyin yaxın günlərdə reallaşacağını da bildirirlər.

Buyaxınlarda Fransa mətbuatında yayılan məlumatda bildirilirdi ki, Mourisio Poçettino özünü PSJ-də xoşbəxt hiss etmir və İngiltərəyə qayıtmaq niyyətindədir.

Onun “Mançester Yunayted”də çalışmaq arzusunda olduğu da iddia edilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!