"O, məni buraya gəlməyə məcbur etdi"

22 İyul 2021 00:14 Fransa 589
"O, məni buraya gəlməyə məcbur etdi"

PSJ-nin yeni transferi Canluici Donnarumma bu kluba keçidi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı qapıçı Paris təmsilçisinin sabiq qolkiperi Canluici Buffonla danışığından sonra PSJ-yə keçmək qərarına gəldiyini bildirib:

"Bu klub haqqında yaxşı şeylər eşitdim. Daha sonra Buffonla danışdım və o, mənə PSJ-yə keçməyimi məsləhət gördü.

Komandanın tarixindən danışdı. Bu klubun bir hissəsi olmağın nə qədər gözəl bir şey olduğunu izah etdi.

Buffon məni buraya gəlməyə məcbur etdi. Bu komandanın üzvü olduğum üçün fəxr edirəm. Birlikdə uğurlar qazanmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!