“AÇ-2024-də iz buraxmaq və tarixə yeni səhifə yazmaq istəyirik" - Xviça Kvaratsxeliya

14 İyun 2024 21:40 Avropa çempionatı 570
“AÇ-2024-də iz buraxmaq və tarixə yeni səhifə yazmaq istəyirik" - Xviça Kvaratsxeliya

Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya 2024-cü il Avropa çempionatından gözləntilərini bölüşüb.

Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, gürcü futbolçu AÇ-2024-də iz buraxmaq və tarixə yeni səhifə yazmaq istədiklərini bildirib:

“AÇ-2024-də iz buraxmaq və tarixə yeni səhifə yazmaq istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik.

Komandamız bütün diqqətini qarşıdakı turnirə cəmləyib və buna hazırdır. Bütün Gürcüstan bizim debütümüzü gözləyir”.

Gürcüstan millisi AÇ-2024-də F qrupunda çıxış edəcək. Onların rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya komandaları (26 iyun) olacaq.

Avropa çempionatının açılış matçı iyunun 14-də baş tutacaq. Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq. Görüş saat 23.00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
19 Yanvar 23:20 Dava-dalaşı kim salıb?
19 Yanvar 18:10 Çək və bizə göndər!
19 Yanvar 08:20 "Çox pis vəziyyətdəyik"