İclasda qərar qəbul olundu - Ev sahibləri də seçmə mərhələdə iştirak edəcək

22 May 2025 10:20 Avropa çempionatı 721
İclasda qərar qəbul olundu - Ev sahibləri də seçmə mərhələdə iştirak edəcək

Ev sahibi ölkələr 2028-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsindən kənarda qala bilərlər.

Sportinfo.az xəbər verir ki, ev sahibləri də seçmə mərhələ oyunlarında iştirak edəcək.

Bu barədə UEFA-nın Bilbaoda keçirilən iclasında qərar qəbul olunub.

Avro-2028-ə vəsiqə qazanmaq üçün milli komandalar 12 qrupda mübarizə aparacaq. Hər qrupda 4 və ya 5 komanda yer alacaq.

Qrup liderləri və ən yaxşı 8 ikinci yeri tutan ölkə birbaşa final mərhələsinə yüksələcək. Digər 4 vəsiqəsinin sahibi isə pley-off matçlarından sonra müəyyənləşəcək.

Avro-2028-ə İngiltərə, Uels, İrlandiya və Şotlandiya ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Yanvar 17:30 Çək və bizə göndər!
16 Yanvar 17:20 Daha bir transfer - FOTO