"Uembli" stadionunda keçiriləcək - AVRO-2028-in final oyunu

"Uembli" stadionunda keçiriləcək - AVRO-2028-in final oyunu

2028-ci ildə keçiriləcək Avropa çempionatının (AVRO-2028) final oyunu Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.

Sportinfo.az xəbər verir ki, həlledici qarşılaşma 9 iyul tarixində keçiriləcək.

"Uembli" həmçinin yarımfinal mərhələsinin hər iki oyununa ev sahibliyi edəcək. Açılış oyunu isə 9 iyunda Kardifdəki "Principality" stadionunda baş tutacaq.

Turnir İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyada keçiriləcək. Yarışda 24 komanda iştirak edəcək, onlardan 20-si seçmə mərhələnin nəticələrinə əsasən müəyyən olunacaq:

12 qrup qalibi və qruplarda ikinci yeri tutan ən yaxşı 8 komanda. Daha iki yer isə ikinci yeri tutan digər komandalarla UEFA Millətlər Liqasının seçmə mərhələsindən birbaşa keçə bilməyən ən yaxşı komandalar arasında oynanılacaq.

UEFA turnirin ev sahiblərinin qrup mərhələsində iştirakı üçün iki yer ayırıb. Bu yerlər seçmə mərhələnin nəticələrinə əsasən ən yüksək nəticə göstərən ev sahibi ölkələrə veriləcək.

İngiltərə millisi qrup mərhələsində ilk oyununu Mançesterdəki "Etihad" stadionunda, növbəti iki oyunu isə "Uembli" stadionunda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti