Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.
Sportinfp.az xəbər verir ki, yarışın dördüncü günündə daha 9 qarşılaşma baş tutub.
Matçlardan sonra pley-offa vəsiqə qazanan bütün komandalar dəqiqləşib.
A qrupu
Yunanıstan - Bosniya və Herseqovina 1:1
Slovakiya - Monteneqro 1:2
Xal durumu: Bosniya və Herseqovina - 5, Yunanıstan - 4, Monteneqro - 4, Slovakiya - 3.
B qrupu
Bolqarıstan - Çexiya 3:3
İsrail - Portuqaliya 2:7
Xal durumu: Çexiya - 7, Bolqarıstan - 5, Portuqaliya - 3, İsrail - 1.
C qrupu
Türkiyə - Belçika 4:4
Serbiya - Ukrayna 1:1
Xal durumu: Ukrayna - 7, Serbiya - 7, Türkiyə - 1, Belçika - 1.
D qrupu
Rumıniya - Gürcüstan 3:0
Xal durumu: Rumınya - 7, Gürcüstan - 4, İspaniya - 3, İngiltərə - 1.
F qrupu
Avstriya - İtaliya 5:0
Azərbaycan - Fransa 3:2
Xal durumu: Azərbaycan - 9, Fransa - 4, Avstriya - 3, İtaliya - 1.
Pley-off cütləri
Bosniya və Herseqovina - Macarıstan
Bolqarıstan - Fransa
Polşa - Gürcüstan
Ukrayna - Portuqaliya
Rumıniya - Avstriya
Yunanıstan - Serbiya
Çexiya - Monteneqro
Azərbaycan – Qazaxıstan

