“Qarabağ”ın diqqətində olan hadisə - “Ayaks” transfer etdi

2 Sentyabr 2023 02:20 Dünya futbolu 1 323
“Qarabağ”ın diqqətində olan hadisə - “Ayaks” transfer etdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Norveçin “Molde” klubunun futbolçusu Sivert Mannsverk Niderland “Ayaks”na keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Ayaks”ın rəsmi saytı məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçi “Molde”də keçirdiyi son iki mövsümdə 55 oyunda iştirak edib, 4 qol vurub.

“Qarabağ” Avropa Liqasının H qrupunda “Molde” ilə yanaşı, Almaniya təmsilçisi “Bayer ” (Leverkuzen) və İsveç klubu “Hakken”lə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”