Paytaxt klubunun 8 futbolçusunda koronavirus aşkarlandı

29 İyun 2020 13:26 Dünya futbolu 408
Paytaxt klubunun 8 futbolçusunda koronavirus aşkarlandı

“Krus Asul”un 8 futbolçusu koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt Mexiko təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Açıqlamada, 8 futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onların sağlıq vəziyyətləri yaxşıdır.

Meksika çempionatında 2019/20 mövsümü koronavirusa görə ləğv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu