Bu məbləğə razı olmadılar, 110 milyon avro istədilər - "Mançester Siti"dən

13 Avqust 2023 01:30 İngiltərə 1 030
Bu məbləğə razı olmadılar, 110 milyon avro istədilər -

"Mançester Siti" "Vest Hem"in yarımmüdafiəçisi Lukas Paketanı transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, "şəhərlilər"in braziliyalı transferi üçün qarşı tərəfə təklif göndərdiyi iddia edilir.

"Vest Hem" rəhbərliyi 80 milyon avroluq təklifi geri çevirib. İndi "Mançester Siti" 25 yaşlı futbolçu üçün 101 milyon avro təklif göndərib.

Lakin Paketanın komandası onun üçün konkret olaraq 110 milyon avro tələb edir. Onun komandası ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Braziliya millisinin üzvü ötən mövsüm "Vest Hem"in heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!