"FİFA prezidenti özü özüylə oynayır"

2 İyun 2020 15:18 Dünya futbolu 321
"FİFA prezidenti özü özüylə oynayır"

FİFA-nın sabiq prezidenti Yozef Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonu tənqid edib.

Sportinfo.az "Daily Mail"a istinadən xəbər verir ki, o, hazırkı prezidentlə bağlı deyib: “İnfantinonun prezidentliyə gedən yolunu təmizləmək istədiyi görünürdü. O, futbolu nəhəng pul maşınına çevirmək istəyir. Hər şeyin daha böyük olmasını istəyir.

Dünya çempionatında komandaların sayı 48- qədər artırıldı. Goal layihəsinin adı dəyişdirildi. Çünki o, üç dəfə daha çox pul istəyir.Qadınlararası dünya çempionatında iştirakçıların sayının 24-dən 32-ə çatdırıldı. Bunu həzm etmək çox çətindir".

O bildirib ki, İnfantino özü özüylə oynayır: "Çünki özünə qapanıb. O, meqalomiyadan (böyüklük iddiası xəstəliyinə tutulmaq-red) əziyyət çəkən bir insana çevrilib. Təkəbbürlüyü səbəbindən o, artıq futbol assosiasiyalarının prezidentləri ilə ünsiyyət qurmur. İnfantino bunu yalnız dövlət başçıları ilə edir".

Digər Xəbərlər
Xəbər Lenti