Maaş problemi ilə üzləşən futbolçular üçün fond yaradıldı

13 Fevral 2020 11:20 Dünya futbolu 583
Maaş problemi ilə üzləşən futbolçular üçün fond yaradıldı

FIFA (Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası) və FIFPro (Beynəlxalq Futbolçular Birliyi) maaş problemi ilə üzləşmiş oyunçulara dəstək fondu yaratmaq barədə razılaşma əldə edib.

Sportinfo.az xəbər verir ki, FIFA 2022-ci ilə qədər fonda 16 milyon dollar ayıracaq.

FIFA və FIFPro nümayəndələrindən ibarət monitorinq komitəsi yaradılacaq. Komitə futbolçuların müraciətləri üzərində işləyəcək.

Digər Xəbərlər
Xəbər Lenti