"10 nömrə"nin dəyərini bilmək lazımdır" - RİVALDODAN TƏNQİD

17 Noyabr 2019 13:24 Dünya futbolu 1 155
"10 nömrə"nin dəyərini bilmək lazımdır" - RİVALDODAN TƏNQİD

Əfsanəvi braziliyalı futbolçu Rivaldo millinin baş məşqçisi Titeni 10 nömrəli formanı Lukas Paketeyə verməsinə görə tənqid edib.

Sportinfo.az xəbər verir ki, "Milan"ın 22 yaşlı futbolçusu Argentina ilə yoxlama oyununda (0:1) "10 nömrə" ilə meydana çıxıb.

Rivaldo "İnstagram" səhifəsində bu haqda yazıb: "Braziliya - Argentina matçına baxdım və çox məyus oldum ki, "10 nömrə"ni bu vəziyyətə salıblar. Bütün dünyada hörmət olunan nömrəni Paketeyə veriblər. Bu nömrə birinci hissədən sonra ehtiyat oyunçular skamyasına əyləşdirilən futbolçu üçün nəzərdə tutulmayıb.

Pele, Rivelino, Ziko, Rivaldo, Kaka, Ronaldinyo, Neymar "10 nömrə" ilə oynayıblar. Günah futbolçuda deyil, günah məşqçilər kospusundadır. Onlar bu formanın dəyərini bilməlidirlər. 22 yaşlı oyunçuya indidən belə şərait yaradılsa, onun başı gicəllənə bilər".

Rivaldonun paylaşımını Braziliya yığmasında adətən 10 nömrəli formanı geyinən Neymar "like" edib. Neymar bu dəfə zədəyə görə milliyə çağırılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”