COP29

Ramil Şeydayev Türkiyədə 200 min avro itirdi

18 İyun 09:00 Dünya futbolu 2 736
Ramil Şeydayev Türkiyədə 200 min avro itirdi

Almaniyanın tanınmış “Transfermarkt” portalı Türkiyə Birinci Liqasında çıxış edən azərbaycanlı futbolçuların transfer dəyərini yeniləyib.

Sportinfo.az xəbər verir ki, hazırda Birinci Liqanın ən dəyərli azərbaycanlı futbolçusu millimizin və “Kocaelispor”un hücumçusu Ramil Şeydayevdir.

Onun hazırkı qiyməti 1 milyon avrodur (təxminən 1,82 milyon manat). Ancaq onun transfer dəyərində 200 min avro azalma müşahidə edilib.

Millimizin digər üzvü, "Ümraniyespor"un yarımmüdafiəçisi Coşqun Diniyevin transfer qiyməti isə dəyişməz qalıb və 650 min avro kimi (təxminən 1,18 milyon manat) qiymətləndirilir.

“Boluspor”un hücumçusu Vüsal İsgəndərli və “Manisa”nın müdafiəçi Sərtan Taşkının dəyəri isə 250 min avrodur (təxminən 455 min manat).

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?