“Hakimə dedim ki, bu təzyiqə boyun əyməsin” - “Barsa”dan ŞİKAYƏTLƏNDİ

01:30 Dünya futbolu 44
“Hakimə dedim ki, bu təzyiqə boyun əyməsin” - “Barsa”dan ŞİKAYƏTLƏNDİ

“Vilyarreal”ın yarımmüdafiəçisi Santi Komesanya İspaniya çempionatının 13-cü turunda “Barselona”ya qarşı səfər oyununda (2:3) hakim idarəçiliyindən narazılığını bildirib.

Sportinfo.az xəbər verir ki, DAZN nəşrinin məlumatına görə, futbolçu Kataloniya təmsilçisinin oyunçularının matç ərzində hakimə ciddi təzyiq göstərdiyini və bunun ikinci hissədə qərarlara təsir etdiyini iddia edib:

“İlk hissədə “Barselona”nın yeddi futbolçusu hakimin ətrafına toplaşaraq etiraz edirdi. Düşünürəm ki, bu, ona təsir göstərdi.

Çünki ikinci hissənin əvvəlində beş dəqiqə ərzində bizə iki sarı vərəqə verdi. Bir neçə mübahisəli qərar da əleyhimizə oldu.

Sonda hakimə dedim ki, bu təzyiqə boyun əyməsin və ilk hissədəki kimi idarəçiliyi davam etdirsin”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 16:50 Çək və bizə göndər!