"Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm"

17:20 Dünya futbolu 43
"Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm"

PSV-nin baş məşqçisi Peter Boş adı onun komandası ilə yanaşı hallanan Kevin De Bruynenin mümkün transferi barədə yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, belçikalı futbolçunun transferi ilə bağlı şayiələrdən xəbərdar olduğunu etiraf etsə də, mümkün razılaşma barədə konkret danışmaq istəməyib:

“De Bruyne çox böyük addır, kifayət qədər tanınmış futbolçudur. Oyunçularımın bu məsələni müzakirə etdiyini görməmişəm. Yanvar ayı yaxınlaşdıqca bu barədə daha çox danışacağıq”.

35 yaşlı De Bruyne hazırda “Napoli”də çıxış edir. Ancaq onun Neapol təmsilçisində işləri istədiyi kimi getmir.

İtaliya klubu Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti