“Portu”nun yarımmüdafiəçisi Qabri Veiqa Avropanın bir neçə tanınmış klubunun diqqət mərkəzinə düşüb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun çıxışını “Barselona”, “Atletiko” və “Yuventus” yaxından izləyir.
Veiqanın Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir. Onun dəyəri 35 milyon avro qiymətləndirilir.
24 yaşlı futbolçu cari mövsümdə Portuqaliya çempionatında 11 oyuna çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.
