Hazırda dünyanın ən bahalı 10 futbolçusu – SİYAHI

22:00 Dünya futbolu 33
Hazırda dünyanın ən bahalı 10 futbolçusu – SİYAHI

Dünyanın ən bahalı futbolçularının siyahısı dərc olunub.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, siyahıya İspaniya millisinin və “Barselona”nın 19 yaşlı hücumçusu Lamin Yamal başçılıq edir. Onun transfer dəyəri 250 milyon avro qiymətləndirilib.

İkinci pillədə “Bayern”in yarımmüdafiəçisi Maykl Olise qərarlaşıb. Fransalı futbolçunun dəyəri 211 milyon avrodur.

İlk üçlüyü isə 200 milyon avro ilə “Barselona”nın müdafiəçisi Pau Kubarsi tamamlayır.

İlk 10-luqda, həmçinin, Erlinq Haland (“Mançester Siti”), Kilian Mbappe (“Real”), Desire Due (PSJ), Rayan Çerki (“Mançester Siti”), Çud Bellingem (“Real”), Arda Gülər (“Real”) və Elliot Anderson (“Mançester Siti”) yer alıb.

2026-cı ildə “qızıl top” mükafatını qazanan ingiltərəli hücumçu Harri Keyn isə 128 milyon avroluq dəyərlə 13-cü sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti