“Arsenal” və “Atletiko” hücumçularını dəyişmək variantını nəzərdən keçirir.
sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər qış transfer dönəmində reallaşa biləcək iki mümkün keçidlə bağlı danışıqlar aparıblar.
“Atletiko”nun hücumçusu Xulian Alvares London təmsilçisinə, “Arsenal”ın forvardı Viktor Qyokereş isə Madrid klubuna keçə bilər.
Bununla belə, söhbətin “Arsenal”ın əlavə ödəniş etməsi şərti ilə futbolçuların birbaşa dəyişdirilməsindən getmədiyi vurğulanıb. Bildirilir ki, hər iki transfer bir-birindən asılı olmayan ayrı-ayrı əməliyyatlardır.
Alvares bu mövsüm bütün turnirlərdə 12 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Qyokereş isə 14 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
