FİFA-nın prezidentl postuna 3 namizədin adı açıqlandı - KİMLƏRDİR?

10:20 Dünya futbolu 65
FİFA-nın prezidentl postuna 3 namizədin adı açıqlandı - KİMLƏRDİR?

FİFA təşkilatın prezidenti vəzifəsinə üç namizəddən ibarət siyahını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat açıqlamasına istinadən “Match TV” məlumat yayıb.

Namizədlər bunlardır: hazırkı FİFA prezidenti Canni İnfantino, Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının fəxri prezidenti Kozo Taşima.

FİFA prezidentliyinə seçkilər 2027-ci il martın 18-də, təşkilatın Mərakeşdə keçiriləcək konqresi zamanı baş tutacaq.

Namizədlərin təqdim etdiyi namizədliklər seçki komitəsi tərəfindən nəzərdən keçiriləcək və komitə onların səsvermədə iştirak etmək hüququna malik olub-olmadıqları barədə qərar verəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!