Messini razı salmağa çalışırlar - Tezliklə yeni müqavilə imzalayacaq

12 Aprel 22:00 Dünya futbolu 311
Messini razı salmağa çalışırlar - Tezliklə yeni müqavilə imzalayacaq

Yayda Lionel Messinin “İnter Mayami”yə transferindən iki il ötəcək. Onun hazırkı müqaviləsinin müddəti bu ilin sonuna kimi nəzərdə tutulub.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu hazırkı klubu ilə müqavilə müddətini uzatmağa yaxındır.

Messinin yeni anlaşması ilə bağlı danışıqlar inkişaf mərhələsindədir. 37 yaşlı futbolçunun tezliklə sözləşmə imzalayacağı gözlənilir, ancaq şərtlərin razılaşdırılması prosesi hələ də davam edir.

Hər şey plana uyğun getsə, o, 2026-cı ildə də “İnter Mayami”nin formasını geyinəcək.

Messi əvvəllər Avropada “Barselona” və PSJ-də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti