“Mən planetdəki ən gözəl qadından boşanmışam” - Məşhur məşqçi

01:40 Dünya futbolu 77
“Mən planetdəki ən gözəl qadından boşanmışam” - Məşhur məşqçi

“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola futbolçularına şəxsi həyatındakı ağır dönəmdən danışıb.

Sportinfo.az xəbər verir ki, bu məqam “Prime Video”da yayımlanan “A Beautiful Obsession” sənədli filmində əksini tapıb.

Qvardiola 2024-cü ilin dekabrında, Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”a 0:2 hesablı məğlubiyyətdən sonra paltardəyişmə otağında komandasına boşandığını açıqlayıb.

İspaniyalı mütəxəssis həyat yoldaşı Kristina Serra ilə münasibətlərinin bitməsinə baxmayaraq, ona olan sevgisinin davam etdiyini bildirib. O, ayrılığın əsas səbəbi kimi münasibətlərdə ehtirasın itməsini göstərib:

“Uşaqlar, sizə bir etiraf etmək istəyirəm: mən planetdəki ən gözəl qadından boşanmışam. Bu, mənim keçmiş həyat yoldaşımdır.

Mən onu dəlicəsinə sevirəm, amma aramızdakı ehtirası itirmişik. Mən onu sevirəm? Bəli, əlbəttə. O məni sevir? Bəli. Amma ehtirası itirmişik”.

Qvardiola şəxsi həyatındakı bu nümunəni futbolçulara motivasiya vermək üçün istifadə edib və onlardan meydanda daha böyük istək nümayiş etdirmələrini istəyib:

“Futbolu necə oynayırsız? Sadəcə oynadığınız üçün, yoxsa daxilinizdə nəsə olduğu üçün? Ehtiras nədir?

Həyatda nə ilə məşğul olursuzsa olun, bunu ehtirasla edin. Mənə yaxşı oyunçular lazım deyil, mənə ehtiraslı oyunçular lazımdır”.

Qvardiola ilə Serra 30 ildən artıq münasibətdə olub və 2014-cü ildə evləniblər. Onların üç övladı var. Cütlüyün ayrılığı 2025-ci ilin əvvəlində ictimaiyyətə məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!