ESPN nəşri 2025/26 mövsümünün yekunlarına əsasən, dünyanın ən yaxşı mərkəz müdafiəçilərinin reytinq siyahısını açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, reytinq hazırlanarkən futbolçuların mövsüm ərzindəki çıxışı əsas götürülüb.
DÇ-2026-dakı performanslar da nəzərə alınıb, ancaq əsas meyar bu turnir olmayıb.
Həmçinin zədə səbəbindən mövsümün böyük hissəsini buraxan futbolçular da əvvəlki mövsümlərdəki çıxışlarına görə siyahıya daxil ediliblər.
ESPN uzunmüddətli nəticələri daha yüksək qiymətləndirib və az sayda oyun keçirilən turnirlərdəki, həmçinin Çempionlar Liqasındakı çıxışların ümumi mövsüm performansından üstün tutulmadığını qeyd edib.
ESPN-in hazırladığı siyahının ilk 10-luğu belədir:
1. Vilyam Saliba (“Arsenal”, Fransa)
2. Vilyan Paço (PSJ, Ekvador)
3. Qabriel Maqalyaes (“Arsenal”, Braziliya)
4. Pau Kubarsi (“Barselona”, İspaniya)
5. Conatan Ta (“Bayern”, Almaniya)
6. Markinyos (PSJ, Braziliya)
7. Dayo Upamekano (“Bayern”, Fransa)
8. Vircil van Dayk (“Liverpul”, Niderland)
9. Alessandro Bastoni (“İnter”, İtaliya)
10. Mark Quehi (“Mançester Siti”, İngiltərə)
Beləliklə, siyahının zirvəsində “Arsenal”ın və Fransa millisinin müdafiəçisi Vilyam Saliba qərarlaşıb.
