Messinin sol ayağı, Halkın gücü… Çalhanoğlunun seçimi

19 Avqust 00:00 Dünya futbolu 504
Messinin sol ayağı, Halkın gücü… Çalhanoğlunun seçimi

“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu müxtəlif futbolçuların xüsusiyyətlərini birləşdirərək, ideal oyunçunun necə olacağını açıqlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı türk futbolçu ideal oyunçunun sağ ayağı üçün Jorjinyonu, sol ayağı üçün Lionel Messini, sürəti üçün Kayl Uolkeri, gücü üçün Halkı, texnikası üçün Neymarı, zərbəsi üçün isə Kriştiano Ronaldonu seçib.

Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. O, daha əvvəl “Milan”, “Bayer”, “Hamburq” və “Karlsrue”nin də formasını geyinib.

“İnter” A Seriyasının yeni mövsümündə ilk oyununu şənbə günü keçirəcək. Komanda evdə yüksək liqaya qayıdan “Monza”nı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM