Mahir və Muradın komandaları yoluna davam etmək istəyir - Konfrans Liqasında

27 Avqust 15:40 Dünya futbolu 538
Mahir və Muradın komandaları yoluna davam etmək istəyir - Konfrans Liqasında

Bu gün Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 23 görüş keçiriləcək. Beləliklə, yarışda Liqa mərhələsinin bütün iştirakçılarının adına aydınlıq gələcək.

Azərbaycan millisinin üzvlərinin də komandaları bu gün meydana çıxacaqlar.

Mahir Emrelinin çıxış etdiyi "Rakuv" Polşada "Hayduk"u, Murad Məmmədovlu "Pafos" isə Kiprdə "Dinamo Tirana"nı qəbul edəcək. Hər iki oyunçumuzun komandası ilk matçda heç-heçə edib.

Ötən gün "Harts" (Şotlandiya) "Rapid"i (Avstriya) mübarizədən kənarlaşdırıb və Liqa mərhələsinə vəsiqə qazanıb.

19:00. “KuPS” (Finlandiya) – “Şemrok Rovers” (İrlandiya)
İlk oyun - 1:1

20:00. “Yablonets” (Çexiya) – “Reyncers” (Şotlandiya)
İlk oyun - 0:1

20:00. “Makkabi Təl-Əviv” (İsrail) - “Luqano” (İsveçrə)
İlk oyun - 1:2

20:00. “Qarabağ” (Azərbaycan) – “Tvente” (Niderland)
İlk oyun - 1:0

20:45. “Frayburq” (Almaniya) – “Mazervell” (Şotlandiya)
İlk oyun - 3:1

20:45. “Monako” (Monako) – “Qurnik” (Polşa)
İlk oyun - 3:2

21:00. “Brann” (Norveç) – “PAOK” (Yunanıstan)
İlk oyun - 1:1

21:00. “Rakuv” (Polşa) - “Hayduk” (Xorvatiya)
İlk oyun - 2:2

21:00. “Kopenhagen” (Danimarka) – “İnter Turku” (Finlandiya)
İlk oyun - 0:0

21:00. “Pafos” (Kipr) – “Dinamo” (Albaniya)
İlk oyun - 1:1

21:00. “Riqa” (Latviya) – “Klaksvik” (Farer adaları)
İlk oyun - 0:0

21:00. “İnter Eskaldes” (Andorra) – “Drita” (Kosovo)
İlk oyun - 2:2

21:00. “Hradets Kralove” (Çexiya) – “Panatinaikos” (Yunanıstan)
İlk oyun - 2:2

22:00. “Hapoel Təl-Əviv” (İsrail) – “Atalanta” (İtaliya)
İlk oyun - 0:0

22:00. “Ayaks” (Niderland) – “Sion” (İsveçrə)
İlk oyun - 4:2

22:00. “Sent Qallen” (İsveçrə) – “Norşellann” (Danimarka)
İlk oyun - 0:1

22:30. “Austria” (Avstriya) – “Braqa” (Portuqaliya)
İlk oyun - 0:2

22:30. “Brayton” (İngiltərə) – “Tromsö” (Norveç)
İlk oyun - 0:0

22:30. “Borats” (Bosniya və Herseqovina) – “Vikinqur” (İslandiya)
İlk oyun - 3:1

22:45. “Riyeka” (Xorvatiya) – “Midtyullann” (Danimarka)
İlk oyun - 0:2

23:00. “Partizan” (Serbiya) - “Xetafe” (İspaniya)
İlk oyun - 1:3

23:00. “Larn” (Şimali İrlandiya) – “Linkoln” (Cəbəllütariq)
İlk oyun - 2:0

23:00. “Hibernian” (Şotlandiya) - “Gent” (Belçika)
İlk oyun - 0:0

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM