FİFA prezidentinə qarşı ciddi ittiham - Seçkilərdən kənarlaşdırılacaq?

12:00 Dünya futbolu 75
FİFA prezidentinə qarşı ciddi ittiham - Seçkilərdən kənarlaşdırılacaq?

İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan “FairSquare” qeyri-hökumət təşkilatı Canni İnfantinonun səlahiyyət müddəti limitini pozduğu üçün FIFA prezidenti seçkilərinə buraxılmamasını tələb edib.

Sportinfo.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, təşkilat İnfantinonun dördüncü müddətə namizədliyini irəli sürmək imkanının nizamnaməyə zidd olduğunu bildirib.

Qaydalara əsasən, prezident bu vəzifəni maksimum üç müddət tuta bilər.

Lakin 2022-ci ildə FIFA Komitəsi İnfantinonun 2016-2019-cu illərdəki fəaliyyətini (birinci müddətini) nəzərə almamaq barədə qərar qəbul edib.

Buna səbəb kimi onun Yozef Blatterin yarımçıq qalmış səlahiyyət müddətini başa vurduğu iddia olunub. “FairSquare” isə bu müddətin mütləq nəzərə alınmalı olduğunu və bu məsələdə heç bir istisnanın yol verilməzliyini vurğulayır.

Xatırladaq ki, İnfantino 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra paylaşım edərək turnirin tənqidçilərinə meditasiya etməyi və dua etməyi təklif etmişdi.

Turnirin ən səs-küylü qalmaqalı isə ABŞ Prezidenti Donald Trampın xahişi ilə ABŞ yığmasının hücumçusu Folarin Baloqana göstərilən qırmızı vərəqənin təxirə salınması olmuşdu. İnfantino intizam orqanlarının qərarının müstəqil olduğunu iddia edirdi.

Dünya çempionatının bitməsindən bir müddət sonra FIFA rəhbəri hüquqların bir hissəsinin kənar investorlara satılması planlarını açıqlamış, bu da futbol ictimaiyyətində kəskin etiraza və 2030-cu il dünya çempionatının boykot edilməsi hədələrinə səbəb olmuşdu.

Bu barədə ilk olaraq UEFA bəyanat yaymış, ciddi tənqidlərdən sonra isə FIFA bu ideyadan imtina etmək məcburiyyətində qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!