Konfrans Liqasının Liqa mərhələsində iştirak edəcək klubların SİYAHIsı

28 Avqust 02:50 Dünya futbolu 366
Konfrans Liqasının Liqa mərhələsində iştirak edəcək klubların SİYAHIsı

2026/2027 mövsümündə Konfrans Liqasının Liqa mərhələsində mübarizə aparacaq bütün komandalar müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, turnirin əsas mərhələsində ümumilikdə 36 komanda çıxış edəcək.

Püşkatma mərasimi 28 avqust tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Reqlamentə əsasən, komandalar 6 səbətə bölünəcəklər və hər iştirakçı üçün 6 fərqli rəqib müəyyənləşəcək. Görüşlər 3-ü ev oyunu, 3-ü səfər matçı prinsipi ilə keçiriləcək.

İştirakçı komandalar bunlardır:

“KuPS” (Finlandiya), “Yablonets” (Çexiya), “Luqano” (İsveçrə), “Tvente” (Niderland), “Frayburq” (Almaniya), “Monako” (Fransa), “Brann” (Norveç), “Hayduk” (Xorvatiya), “Kopenhagen” (Danimarka), “Pafos” (Kipr), “Riqa” (Latviya), “İnter Eskaldes” (Andorra), “Panatinaikos” (Yunanıstan), “Atalanta” (İtaliya), “Ayaks” (Niderland), “Nordsyelland” (Danimarka), “Braqa” (Portuqaliya), “Brayton” (İngiltərə), “Borats” (Bosniya və Herseqovina), “Midtyulland” (Danimarka), “Xetafe” (İspaniya), “Linkoln” (Cəbəllütariq), “Gent” (Belçika), “Harts” (Şotlandiya), “Srvena Zvezda” (Serbiya), “Sent-Tröyden” (Belçika), “Kayrat” (Qazaxıstan), “Trabzonspor” (Türkiyə), “Universitatya” (Rumıniya), “Orhus” (Danimarka), “Tun” (İsveçrə), SSKA (Bolqarıstan), “Jalgiris” (Litva), “Myellbyu” (Danimarka), “İberiya 1999” (Gürcüstan), “Eqnatiya” (Albaniya).

Səbətlərin tərkibi isə aşağıdakı kimidir:

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM