İndi Ukraynanın ən varlı adamı klub prezidentidir

3 Aprel 2025 00:10 Dünya futbolu 707
İndi Ukraynanın ən varlı adamı klub prezidentidir

“Şaxtyor”un prezidenti Rinat Axmetov “Forbes”in milyarderlər siyahısında ukraynalılar arasında birinci yerdə qərarlaşıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu siyahıda ukraynalılar arasında “Sevastopol”un keçmiş sahibi Vadim Novinski və “Vorskla”nın fəxri prezidenti Konstantin Jevaqo, həmçinin, Viktor Pinçuk, Petro Poroşenko (Ukraynanın sabiq prezidenti), Andrey Verevski və Vlad Yatsenko da var.

Axmetovun sərvəti 7,9 milyard dollar qiymətləndirilir. O, qlobal reytinqdə 390-cı yerdədir.

Dünyanın ən zəngin adamı amerikalı iş adamı İlon Maskdır (342 milyard dollar).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti