Millinin baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

30 Mart 2025 00:00 Dünya futbolu 653
Millinin baş məşqçisi vəzifəsindən kənarlaşdırıldı

Dorival Junior Braziliya millisinin baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb

Sportinfo.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Bildirilib ki, D. Junior artıq Braziliya yığmasını idarə etməyəcək.

Komandanın rəhbərliyi mütəxəssisə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Artıq yeni baş məşqçi axtarışına da başlanılıb.

Bu ay keçirilən yoldaşlıq oyunlarında Braziliya Kolumbiyanı 2:1 hesabı ilə məğlub etsə də, Argentinaya 1:4 hesabı ilə məğlub olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti