“Real”ın müdafiəçisi yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcək

9 Oktyabr 2024 01:40 Dünya futbolu 1 033
“Real”ın müdafiəçisi yığmanın qarşıdakı oyunlarında iştirak etməyəcək

“Real Madrid”in müdafiəçisi Eder Militao Braziliya yığmasının qarşıdakı oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Bildirilib ki, futbolçu oktyabrın 5-də vətəninə uçub və orada tibbi müayinədən keçib. Nəticədə ona sol bud nahiyəsində yüngül əzələ zədəsi diaqnozu qoyulub.

Beləliklə, Militao 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili (11 oktyabr) və Peru (16 oktyabr) ilə keçiriləcək iki matçda “sambaçılar”a kömək etməyəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT