"Lazım olsa, bütün komanda buna hazır olacaq"

6 Dekabr 2022 00:20 Dünya çempionatı 364
"Lazım olsa, bütün komanda buna hazır olacaq"

İsveçrə DÇ-2022-nin 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Murat Yakın açıqlama verib.

Türk əsilli mütəxəssis tarix yazmaq istədiklərini bildirib:

"Statistika və keçmiş önəmli deyil. Portuqaliyanı məğlub edə biləcəyimizi sübut etmişik. Hamımız hazırıq.

Zədəli futbolçularımız sağalıb. Matçı səbrsizliklə gözləyirik. Çünki tarix yazmaq üçün əla fürsətdir.

İsveçrənin gücünü 1/8 finala yüksələrək göstərdik. Sözün düzü, azarkeşlərimizə daha bir matç izlətmək istəyirik.

Penaltilər seriyasına hazırlaşmışıq, amma yalnız buna köklənməmişik. Lazım olsa, bütün komanda buna hazır olacaq".

Portuqaliya - İsveçrə qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti