Azərbaycan barədə qərar niyə verilmədi?

2 İyun 2020 23:40 Digər növlər 906
Azərbaycan barədə qərar niyə verilmədi?

"Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvimi açıqlanıb.

Sportinfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk iki Qran-prisi Avstriyada (3-5 iyul və 10-12 iyul) olacaq.

Daha sonra Macarıstan (17-19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7-9 avqust), İspaniya 14-16 avqust, Belçika (28-30 avqust), İtaliya (4-6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

Azərbaycan Qran-prisi ilə bağlı hələlik məlumat yoxdur. Tam təqvimin qarşıdakı həftələrdə açıqlanacağı bildirilib. "Formula 1"lə yanaşı, "Formula 2" və "Formula 3" yarışları da təşkil olunacaq.

"Formula 1"də 2020 mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb,

Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi