İtaliyalılar Bakıya xüsusi razılıq əsasında gələcək

10 Mart 23:30 Digər növlər 210
İtaliyalılar Bakıya xüsusi razılıq əsasında gələcək
2030

Bakıda keçiriləcək İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda İtaliyanın iki təmsilçisi çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, Vanessa Ferrari və Lara Mori koronavirusa görə İtaliya hökümətinin məhdudiyyətlərinə baxmayaraq, Azərbaycandakı yarışa qatılacaqlar.

Hər iki gimnast İtaliya Milli Olimpiya Komitəsinin imzaladığı xüsusi razılıq əsasında Dünya Kubokunun üçüncü mərhələsində mübarizə aparacaq.

Bakıdakı yarışın Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması səbəbindən belə bir addım atılıb.

Dünya Kuboku 12 - 15 martda Milli Gimnastika Arenasında olacaq. Vanessa Ferrari 1 dəfə dünya, 4 dəfə isə Avropa çempionu olub. La Mori isə ötən il İtaliyanın Neapol şəhərində təşkil olunmuş Universiadada gümüş və bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 21:00 1 il də "Sumqayıt"da