"Elə bir yer seçməliyik ki, münasib olsun"

14 Fevral 2020 12:02 Digər növlər 655
"Elə bir yer seçməliyik ki, münasib olsun"

"2020-ci ildə "Formula 1" üzrə dünya çempionatının daha coşqulu keçəcəyini gözləyirik".

bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri deyib.

O bildirib ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları var. Keri ölkəyə maddi qazanc, Azərbaycanın dünyaya tanıdılması və bu növün inkişafı baxımından yarışın önəminə diqqət çəkib. O, Bakı Şəhər Halqası trekində müəyyən dəyişikliklərin olacağını da vurğulayıb.

Ç.Kerinin sözlərinə görə, liderlik və menecment komandasının olması Bakının üstünlüyüdür: "Küçə yürüşləri o qədər də asan deyil. Komanda, təşkilat olaraq, bu işin öhdəsindən gəldi. Eyni zamanda bizim birgə əməkdaşlığımız da bəhrəsini verdi".

Bu il 22 Qran-pri təşkil edəcəklərini xatırladan "Formula 1" rəsmisinin sözlərinə görə, məqsəd uzunmüddətli tərəfdaşlığa nail olmaqdır:

"Təqvimdə dəyişiklik qaçılmazdır. Eyni zamanda uğurlu şəkildə genişlənmə olmalıdır. Elə bir yer seçməliyik ki, azarkeşlər baxımından münasib olsun. Bakı bu baxımdan bizim üçün ideal məkandır".

Digər Xəbərlər
Xəbər Lenti
17 Dekabr 18:10 Çək və bizə göndər!
17 Dekabr 03:50 Tanınmışlar Xankəndidə
17 Dekabr 03:40 Növbəti təyinat aldı