Azərbaycan yğımasının 5 üzvü 100-lüy"ə düşdü - FOTO

2 Dekabr 2019 00:00 Digər növlər 688
Azərbaycan yğımasının 5 üzvü 100-lüy"ə düşdü - FOTO

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb. Sportinfo.az qurumun saytına istinadən xəbər verir ki, kişilərin reytinqində Azərbaycan şahmatçılarından 5-i "100-lüy"ə düşüb.

Daha 2 pillə geriləyən Şəhriyar Məmmədyarov 2772 xalla 7-ci, 1 pillə geriləyən Teymur Rəcəbov isə 2765 xalla 10-cudur. Qədir Hüseynov isə 6 pillə irəliləyib və 2666 xalla 77-cidir. 11 pillə irəliləyən Nicat Abbasov 2663 xalla 82 yerdə qərarlaşıb. Yenidən "100-lüy"ə daxil olan Rauf Məmmədov isə 2659 xalla 89-cudur.

Qadınlardan isə 3 şahmatçı "100-lük"də yer alıb. Günay Məmmədzadə 2455 xalla 27-ci, Ülviyyə Fətəliyeva 23 pillə irəliləyərək, 2387 xalla 76-cı, Gülnar Məmmədova 19 pillə irəliləyərək, 2386 xalla 78-ci pillədə qərarlaşıb.

Əvəzində Xanım Balacayevə və Ülviyyə Fətəliyeva "100-lüy"ü tərk edib. Fətəliyeva 23, Məmmədova 19, Məmmədzadə 11 pillə irəliləyib. Bu, Azərbaycanın qadınlardan ibarət komandasının Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatında bürünc medal qazanması ilə əlaqədar olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!