Teymur Rəcəbov 130 min avroluq Qran-pridə nə etdi?

7 Noyabr 2019 01:24 Digər növlər 594
Teymur Rəcəbov 130 min avroluq Qran-pridə nə etdi?

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində növbəti görüşünü başa vurub. Sportinfo.az xəbər verir ki, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsinin ikinci duelində Rusiya təmsilçisi Daniil Dubovla heç-heçə edib - 0,5:0,5.

İlk görüşdə də bərabərlik qeydə alındığı üçün növbəti mərhələyə yüksələn şahmatçı sabah "tay-breyk"də bəlli olacaq. Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib.

Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”