"Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar - Həm oğlanlarımız, həm qızlarımız

07:10 Digər növlər 82
"Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar - Həm oğlanlarımız, həm qızlarımız

Azərbaycanın 9 stolüstü tennisçisi Latviyanın paytaxtı Riqada təşkil olunacaq "Riga City Youth Cup 2026" beynəlxalq turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildirilib.

Ənənəvi yarışda idmançılar qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi ilə çıxış edəcəklər.

Turnirdə oğlanların mübarizəsində Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov və Ruslan Kərimov, qızların yarışında isə Nigar Mahmudova,

Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarıqlarını nümayiş etdirəcəklər.

Oktyabrın 23-də start götürəcək beynəlxalq yarışa ayın 25-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM