Orxan Məmmədov iştirak etdi, püşk atıldı - 32 komanda yarışacaq

7 Oktyabr 2024 17:20 Digər növlər 1 656
Orxan Məmmədov iştirak etdi, püşk atıldı - 32 komanda yarışacaq

QOLAT Sport Services-in təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı ilə təşkil olunan “Marsol Minifutbol Turniri 2024”ün püşkatma mərasimi baş tutub.

tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri və Azərbaycan Minifutbol Federasiyasının Prezidenti Orxan Məmmədov,iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.

Tədbirin davamında QOLAT Sport Services-in təsisçisi Səid Bağırov çıxış edərək bu ilki turnirin 13 oktyabr tarixində start götürəcəyini qeyd edib, turnirdəki yeniliklər, şərtlər və qaydalar haqqında məlumat verib. Daha sonra püşkatma ilə qruplar müəyyən edilib.

Sportinfo.az xəbər verir ki, artıq 4-cü ildir keçirilən turnirə qatılan 32 komanda hər birində 4 komanda olmaqla 8 qrupa bölünüblər.

Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaq. “Marsol Minifutbol Turniri 2024”lə bağlı bütün məlumatlar turnirin rəsmi sosyal media hesablarında paylaşılacaq.

İştirak edən hər kəsə uğurlar arzulayırıq. Güclü olan qalib gəlsin!

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Oktyabr 01:50 Kim güldü, kim üzüldü?