Komandamız Monakoda şahzadə II Albertin şərəfinə nüfuzlu turnirin qalibi oldu - FOTOLAR

4 Dekabr 2023 18:20 Digər növlər 245
Komandamız Monakoda şahzadə II Albertin şərəfinə nüfuzlu turnirin qalibi oldu - FOTOLAR

Monakoda şahzadə II Albertin şərəfinə sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” Reqatası keçirilib.

Sportinfo.az xəbər verir ki, sayca 18-ci dəfə təşkil edilən turnirdə 18 ölkədən olan 22 komandanın tərkibində 110 idmançı iştirak edib.

Azərbaycanı bu yarışda yığma komandamızın üzvü Diana Dımçenko təmsil edib.

Diana “Çağırış Kuboku-2023” Reqatasında qarışıq 4 nəfərlik qayıqda avstriyalı Maqdalena Lobrinq, ABŞ idmançıları Kris Bak və Kori Rocerslə birgə mübarizə aparıb.

4000 metr məsafəyə keçirilən yürüşlərdə Diananın komandası finiş xəttinə hamıdan birinci çataraq çempion olub.


Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 21:40 Arda “Real”da qalacaq
24 Fevral 20:30 Laçından GÖZƏL VİDEO
24 Fevral 19:30 Çək və bizə göndər!
24 Fevral 16:40 Nəhayət, o, getdi…